İsrailin “yeni” düşməni peyda olub.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin ” Ynet” nəşri məlumat yayıb.
Bəhreyndə “İslami Müqavimət” adlı yeni bir təşkilat aprelin 27-də İsrailin cənubundakı Eylat şəhərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu, İsrail və HƏMAS arasında müharibə başlayandan bəri ilk dəfə baş verib.
Nəşrin məlumatına görə, indiyə qədər Yəhudi Dövləti bu təşkilat haqqında eşitməyib.
Qeyd olunur ki, zərbə “Qəzzada fələstinlilərə dəstək” məqsədilə həyata keçirilib.
Xuraman Etibarlı
İnterpress.az