Jurnalist terrorçular siyahısına ƏLAVƏ EDİLDİbackend

Jurnalist terrorçular siyahısına ƏLAVƏ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kevorkova terrorçular siyahısına əlavə edilib.

İnterpress.az xəbər verir ki, bazar ertəsi Rusiya Federasiyasının Federal Maliyyə Monitorinqi Xidməti terrorçuluğa bəraət qazandırmaqda ittiham olunan jurnalist Nadejda Kevorkovanı terrorçu və ekstremistlər siyahısına əlavə edib.

Mayın 6-da Nadejda Kevorkova Moskvada saxlanılıb. Jurnalist Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsi (terror fəaliyyətinə ictimai çağırışlar, terrorçuluğa ictimai bəraət qazandırmaq və ya İnternetdən istifadə edərək terrorizmin təbliği) maddəsi ilə ittiham olunur.

Nadejda Kevorkova Moskva Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur, Rusiyanın əsas nəşrlərində şərhçi və köşə yazarıdır. Fələstin və Qəzzə ilə bağlı kitabların müəllifidir, eyni zamanda İsrailin Fələstini qanunsuz işğalının kəskin tənqidçisi kimi də tanınır.

O, 2010-cu ildə Beynəlxalq Cəsarətli Qadınlar Mükafatına namizəd olub.

Xuraman Etibarlı

İnterpress.az