Kadırov Putinə müharibə zonasına on minlərlə döyüşçü göndərəcəyinə SÖZ VERDİbackend

Kadırov Putinə müharibə zonasına on minlərlə döyüşçü göndərəcəyinə SÖZ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kadırov Putinə on minlərlə döyüşçü göndərəcəyinə söz verib.

İnterpress.az xəbər verir ki, bu barədə Kadırov Telegram kanalında yazıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüş keçirəcəyini elan edib. Daha sonra o, Ukraynada davam edən müharibədə iştirak etmək üçün “bir neçə on minlərlə əsgər” göndərəcəyini vəd edib.

“Mən bir daha dövlət başçısına elan etdim ki, birinci əmrə əsasən, bir neçə on minlərlə təlim keçmiş və təchiz olunmuş ehtiyatda olan hərbçi müharibə zonasına getməyə hazırdır”, – Kadırov bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar başlayandan bəri Çeçenistan “artıq 43,5 min nəfəri cəbhəyə göndərib, onlardan 18 mini könüllüdür”.

Xuraman Etibarlı

İnterpress.az