Kalininqradda ŞOK HADISƏ: Müharibəyə etiraz edən proqramçı özünü YANDIRDIbackend

Kalininqradda ŞOK HADISƏ: Müharibəyə etiraz edən proqramçı özünü YANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kalininqradda Ukraynadakı müharibəyə qarşı çıxan proqramçının özünü yandırması faktı gizlədilib/

İnterpress.az xəbər verir ki, bu barədə “Vajnıye istorii” nəşri məlumat yayıb.

Ukraynaya müdaxilənin üçüncü ildönümündə, 24 fevral 2025-ci il tarixində 37 yaşlı sistem administratoru Aleksandr Okunev Kalininqradda 1200 qvardiyaçı xatirə abidəsinin önündə özünü yandırıb.

Ölümündən əvvəl o, qarın üzərinə “Müharibəyə yox” yazıb.

Müşahidə kameralarının çoxluğuna baxmayaraq, hakimiyyət nümayəndələri özünü yandırma ilə bağlı bütün izləri dərhal məhv edib, regional media və “Telegram” kanalları isə insidenti tamamilə qulaqardı edib.

Yalnız bir ildən çox vaxt keçdikdən sonra “Vajnıye istorii” nəşri avropalı jurnalistlərlə birlikdə faciənin təfərrüatlarını üzə çıxarıb.

Məlum olub ki, yanmış cəsəd hadisədən iki saat sonra tapılıb və bundan sonra şəhər rəhbərliyi hadisə yerinin təmizlənməsinə şəxsən nəzarət edib.

Okunev intihar məktubunda “belə bir dünyada” yaşamaq istəmədiyini və hərəkətinin çox güman ki, heç vaxt xəbərlərə belə düşməyəcəyini dərk etdiyini yazıb.

Jurnalistlərlə söhbət zamanı həmkarları Okunevi oriqami ilə maraqlanan və heç vaxt siyasi mübahisələrə girməyən sakit bir insan kimi xatırladıqlarını qeyd ediblər.

Xuraman Etibarlı

İnterpress.az