Kayseridəki hadisələrlə bağlı 855 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya TRT Haber-ə bildirib. Nazir miqrantlara qarşı nümayişlərin keçirildiyi Kayseri şəhərinə səfər edib.
O, çıxışı zamanı bildirib ki, iğtişaşlarla bağlı 855 nəfər saxlanılıb, onlardan 468-i əvvəllər cinayət məsuliyyətinə cəlb olunub. Bundan başqa, 13 nəfər həbs edilib, 145 məhbus barəsində məhkəmə nəzarəti barədə qərar çıxarılıb.
Xatırladaq ki, iyulun 1-nə keçən gecə Türkiyənin cənubunda, Kayseri şəhərində suriyalının 5 yaşlı türk uşağına təcavüz etməsi səbəbindən miqrantlara qarşı iğtişaşlar baş verib. Daha sonra nümayişlər ölkənin digər şəhərlərinə də yayılıb.
Xuraman Etibarlı
İnterpress.az