Robert Kennedinin başında ölü parazit tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. Bildirilir ki, 2024-cü ildə ABŞ prezident seçkilərində iştirak etməyi planlaşdıran Robert Kennedinin başında beynin bir hissəsini yeyə bilən ölü parazit tapılıb.
Hadisələr 10 ildən çox əvvəl baş verib. 2010-cu ildə kiçik Robert Kennedi ağır yaddaş itkisindən əziyyət çəkirdi. Siyasətçinin özü 2012-ci ildə boşanma prosesində demişdi ki, müayinələr zamanı bir neçə həkim onun beynindəki görüntülərdə qara nöqtəni görüb və onun şiş olması qənaətinə gəliblər.
Həkim Kennedinin başında ölü parazitin olduğunu deyib. Siyasətçi qeyd edib ki, görüntülərdə görünən anomaliya “beynimə girən qurd nəticəsində yaranıb, onun bir hissəsini yeyib və sonra ölüb”.
Xuraman Etibarlı
İnterpress.az