Lavrov hindistanlı jurnalisti sərt şəkildə zarafatla HƏDƏLƏDİ – VİDEObackend

Lavrov hindistanlı jurnalisti sərt şəkildə zarafatla HƏDƏLƏDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lavrov mətbuat konfransını pozan hindistanlı jurnalisti sərt şəkildə zarafatla hədələyib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı ona mane olan hindistanlı jurnalistə qarşı sərt və ironik zarafat edib. Nazir nitqini iki dəfə kəsməyə məcbur qalıb.

Lavrov jurnalistə müraciət edərək deyib: “Sadəcə çıxıb gedə bilərsinizmi? Ya siz, ya da telefonunuz daim mane olursunuz”.

Jurnalistin üzr istəməsinə baxmayaraq, nazir öz üslubunda cavab verib: “Cənab, üzr istəyirəm, əgər telefonunuzu yığışdırmasanız, onlar (mühafizəçiləri nəzərdə tutur) silah çıxaracaqlar”.

Lavrovun bu ifadəsi mətbuat konfransında gərgin anlar yaşatsa da, nazir daha sonra nitqini davam etdirib.

Xuraman Etibarlı

İnterpress.az