“Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir”.
İnterpress.az–ın BELTA-ya istinadən xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib:
“Bütün doğru və yanlışlarımızla bizi müharibəyə sürükləmək istəyirlər. Əlimizdə bununla bağlı məxfi informasiya var. Biz hətta NATO-ya üzv dövlətlərdən birinin Baş Qərargah rəisinin bu məsələ ilə bağlı nə düşündüyünü də bilirik. O, düşünür ki, Minskin silahlı qarşıdurmada aktiv iştirakı Belarus və Aleksandr Lukaşenkonun rejimini süquta uğrada bilər”