Ukraynada sülhün tərəfdarı olan ölkələr münaqişənin tezliklə həllinə nail olmaq üçün əməkdaşlığı intensivləşdirməlidirlər.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Düşənbədə tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə görüşündə deyib.
“Bəzi Avropa siyasi liderləri özlərinin müharibə vəziyyətində olduqlarını düşünürlər, amma doğru deyil, çünki bu, Ukrayna ilə Rusiya arasındakı müharibədir”, – o bildirib.
P.Siyarto hesab edir ki, hadisələr son dərəcə təhlükəli xarakter alır: “Ukraynaya Qərb qoşunlarının göndərilməsi mümkünlüyü açıq şəkildə müzakirə olunduğundan və nüvə silahından istifadə ilə bağlı söhbətlər başlayıb. Buna görə də sülhü müdafiə etmək üçün kifayət qədər cəsarətli ölkələr birlikdə çalışmalıdırlar”.