“Azərbaycanla Qazaxıstan arasında əlaqələrin qədim kökləri var”.
“İnterpress.az” xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Bakıda “Türk ədəbiyyatının ustadları” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Azərbaycan ilə Qazaxıstan arasında sıx əlaqələr yaranıb, əməkdaşlığımızın kökləri uzaq keçmişə gedib çıxır. Bu tədbirin keçirilməsi hər iki ölkənin ədəbi dünyasına böyük töhfə verir. Qazaxıstan-Azərbaycan əlaqələri bir sıra sahələrdə, o cümlədən mədəniyyət sahəsi daxil olmaqla, yüksək səviyyədə dostluq münasibətləri sayəsində intensiv şəkildə inkişaf edir”, – nazir bildirib.
O qeyd edib ki, bugünkü konfrans, eləcə də iki ölkənin görkəmli ədəbiyyat xadimlərinin kitablarının tərcüməsi əməkdaşlığı daha da dərinləşdirəcək.