Məhkəmə ilk dəfə ideya oğurluğuna görə şəxsi CƏRİMƏ ETDİbackend

Məhkəmə ilk dəfə ideya oğurluğuna görə şəxsi CƏRİMƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ilk dəfə məhkəmə “rils” ideyasını oğurladığına görə bir şəxsi 300 min rubl (təxm. 5523 man.) cərimə edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Mediada yayılan məlumatlara görə, Moskva vilayətindən olan bir rieltor lenti vərəqləyərkən oz məzmununu rəqibində görüb.

Bir gün əvvəl Yuliya öz sosial media hesabında “ipotekanızı ödədikdən sonra nə etməli” mövzusunda bələdçi yerləşdirib və 11 milyon baxış toplayıb.

Sergey onun bu ideyasını götürüb və eyni şeyi yenidən yazıb. İdeya müəllifi videonu görüb, məhkəməyə gedib və qalib gəlib.

Xuraman Etibarlı

İnterpress.az