“Mən Bakını görmək istəyirəm, tezliklə yollar açılacaq, gedəcəm”.
interpress.az xəbər verir ki, bunu erməni siyasətçi Tatul Asilyan Facebook səhifəsində yazıb.
“Mən Bakını necə görmək istəyirəm? Tezliklə yollar açılacaq, gedəcəm. Gözlənilən sülh artıq qapının astanasındadır”, – deyə Asilyan bildirib.
Xatırladaq ki, Asilyan ictimaiyyətə baş nazir Nikol Paşinyanın fəal tərəfdarı kimi tanınır, lakin o, bu yaxınlarda qalmaqallı davranışına görə “Mülki Müqavilə” partiyasından xaric edilib.
Xuraman Etibarlı
İnterpress.az