Müğənni Alsu ilə sahibkar əri Yan Abramovdan boşanır.
İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti-yə məhkəmədən bildirilib.
Moskvanın Presnenski rayonunun magistratura məhkəməsi müğənni Alsu ilə Bakı yəhudisi olan əri, sahibkar Yan Abramov arasında boşanma işini qeydə alıb.
Müğənni bu işdə iddiaçı kimi qeyd olunur ki, bu da onun mülki prosesə başlaması anlamına gələ bilər.
Prosessual rəqiblər arasında nikah 2006-cı ildə bağlandı, cütlüyün üç övladı var.
Moskva magistratlarının portalına görə,Alsu ilə eyni gündə müğənni Nyuşanın ərindən boşanma iddiası da qeydə alınıb.
Xuraman Etibarlı
İnterpress.az