Rusiyada miqrantlara yaşayış icazəsi və ya vətəndaşlıq almağı qadağan etmək istəyirlər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Dövlət Duması mütəşəkkil işə cəlb olunmuş əmək miqrantlarının yaşayış icazəsi və ya vətəndaşlıq almasını qadağan etməyi təklif edib.
Parlamentarilər müvafiq qanun layihələrini aşağı palataya təqdim etməyi planlaşdırırlar.
Sənədlərin müəllifləri miqrantların ailə üzvlərinin və qohumlarının ölkəyə girişinin qadağan edilməsinin lehinə çıxış ediblər.
Onlar həmçinin miqrantın Rusiyada qalma müddətinin əmək müqaviləsinin müddəti ilə məhdudlaşdırılmasını təklif ediblər.
Xuraman Etibarlı
İnterpress.az