Mordoviyada sərnişin avtobusu QƏZAYA UĞRADI: 13 nəfər YARALANDI – VİDEObackend

Mordoviyada sərnişin avtobusu QƏZAYA UĞRADI: 13 nəfər YARALANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mordoviyada avtobus qəzaya uğrayıb, 13 nəfər xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi (Qosavtoinspeksiya) məlumat yayıb.

Mordoviyada sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Məlumata görə, qəza nəticəsində avtobusda olan 20 nəfərdən (sürücü və konduktor daxil olmaqla) 13-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım və xilasetmə briqadaları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az