İnqrid Endress ABŞ himnini oxuyarkən sərxoş olduğunu etiraf edib.
interpress.az xəbər verir ki, ulduz bunu İnstaqram hesabında bildirib.
Belə ki, Amerikalı kantri müğənnisi İnqrid Endress beysbol matçından əvvəl sərxoş halda ABŞ himnini oxuyub.
Dörd dəfə “Grammy” Mükafatına namizəd deyib ki, o, Home Run Derby-də sərxoş halda yarışıb və reabilitasiyada olub.
“Dünən gecə o, mən deyildim. Bu performansa görə MLB (Major League Baseball), bütün azarkeşlər və çox sevdiyim ölkədən üzr istəyirəm”, – müğənni deyib.
İllik matçda çıxış edən Endressin görüntüləri internetdə yayılıb. Müğənni nota düşməyib və istifadəçilərin lağ obyektinə çevrilib.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı
İnterpress.az