Aprelin 4-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.
Bu barədə Ali Məclisdən məlumat verilib.
Toplantıda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik hesabatının dinlənilməsi və cari məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.