Trampın malikanəsinə daxil olan şəxs SAXLANILDI – FOTObackend

Trampın malikanəsinə daxil olan şəxs SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də 23 yaşlı Entoni Reyes adlı gənc nəvəsi ilə evlənmək üçün ABŞ prezidenti Donald Trampın malikanəsinə girib.

İnterpress.az  xəbər verir ki, bu barədə NBC telekanalı hüquq-mühafizə orqanlarının hesabatına istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ Məxfi Xidməti nəvəsi ilə evlənmək üçün Trampın Floridadakı malikanəsinə daxil olan şəxsi saxlayıb.

Reyes çərşənbə günü, iyunun 4-nə keçən gecə ABŞ prezidentinin ailəsi ilə birlikdə yaşadığı Floridada Trampın malikanəsi Mar-a-Laqo ətrafındakı divarı aşdıqdan sonra saxlanılıb.

Gənc oğlan hərəkətlərini İncil təbliğ etmək və Trampın 18 yaşlı nəvəsi Kay ilə evlənmək istəyi ilə izah edib. Hadisə baş verən zaman mülkdə Gizli Xidmətin mühafizəsi altında olan heç kim olmayıb.

Nəticədə Reyes 50.000 dollar məbləğində girov müqabilində Palm Beach County həbsxanasına yerləşdirilib.

Ona həmçinin Tramp və ya Kay da daxil olmaqla ailə üzvlərindən hər hansı biri ilə əlaqə saxlamaq qadağan edilib. O, günahını etiraf etməyib.

Xuraman Etibarlı

İnterpress.az