Nigeri tərk edən ABŞ hərbçiləri ilə bu ölkəyə gələn Rusiya hərbçiləri eyni aviabazanın ərazisində yerləşiblər.
Interpress.az qeyd edir ki, məlumata görə, ABŞ və Rusiya Federasiyasının hərbçiləri bir neçə həftədir ki, Nigerin paytaxtı Niamey yaxınlığındakı 10-cu aviabazada bir yerdədirlər.
ABŞ hərbi komandanlığındakı yüksəkvəzifəli mənbə qeyd edib ki, ABŞ-lilər və rusiyalılar bazanın müxtəlif yerlərində anqarlar tutublar və gün ərzində onların yolları kəsişmir.
Pentaqon rəhbəri Lloyd Ostin ABŞ ordusunun ruslarla eyni bazada olduğunu təsdiqləyərək, sonuncuların nə ABŞ-lilərlə əlaqə saxlamaq imkanının, nə də onların hərbi texnikasına çıxışının olmadığını vurğulayıb.