Oktyabrın 7-də HƏMAS tərəfindən qaçırılan Şani Lukun cəsədi TAPILDIbackend

Oktyabrın 7-də HƏMAS tərəfindən qaçırılan Şani Lukun cəsədi TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7-də HƏMAS terrorçuları tərəfindən qaçırılan Şani Lukun cəsədi tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Daniel Həqari keçirdiyi mətbuat konfransında bildirib. Artıq cəsədlər dəfn olunmaq üçün İsrailə təhvil verilib.

İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfahda keçirdiyi əməliyyat zamanı ötən il oktyabrın 7-də hücum zamanı oğurlanmış üç girovun – bir kişi və iki qadının cəsədini aşkarlayıb.

Ölənlərdən biri 22 yaşlı Şani Lukdur. Onun İsrail və Almaniya vətəndaşlığı var idi. Lukun ölümü 29 oktyabr 2023-cü ildə məlum olub. Onun cəsədi hələ tapılmamışdı, lakin DNT testi hücum yerində tapılan temporal sümük parçasının ona məxsus olduğunu müəyyən edib. Mütəxəssislər aydınlaşdırıblar ki, kəllə sümüyünün belə zədələnməsindən sonra insan sağ qala bilməz.

ABŞ və Avropada terrorçu kimi tanınan HƏMAS radikal islam qruplaşmasının üzvləri Şani Lukun oğurlanmasının videosunu yayıblar. Şaninin valideynləri qızlarını paltarları və döymələri ilə tanıyırdılar. Videodan zərərçəkənin sağ və ya artıq öldüyü bəlli deyil. Yaraqlılardan biri ayağını onun üstünə qoyur, digərləri ona tüpürür və “Allahu Əkbər” deyə qışqırır.

Ölən ikinci girov 28 yaşlı Amit Buskila olub. HƏMAS-ın hücumu zamanı o, yaralanıb və maşınlardan birinin altında gizlənməyə çalışıb, lakin hücumçular tərəfindən aşkar edilərək Qəzza zolağına aparılıb. Üçüncü girov İshaq Gerelenterdir, onun yaşı məlum deyil.

Həqarinin sözlərinə görə, hər üçü ötən il oktyabrın 7-də Qəzza zolağı ilə sərhədə yaxın Negev səhrasında keçirilən və hücum edənlərin ilk hədəflərindən birinə çevrilən Nova musiqi festivalının tamaşaçısı olub. Hər üç girovun oktyabrın 7-də öldürüldüyü iddia edilir;

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin ölü və ya diri bütün girovları geri qaytaracağını vəd edən bəyanat yayıb.

Xuraman Etibarlı

İnterpress.az