Öldükdən sonra dirildiyini deyən qadından ürpədici iddia: “Cənnəti gördüm”backend

Öldükdən sonra dirildiyini deyən qadından ürpədici iddia: “Cənnəti gördüm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da yaşayan yazıçı Keyt Tompson 20 yaşlarında boğularaq öldükdən sonra yenidən dirildiyini iddia edib. Keyt öldükdən sonra ruhi varlığın ondan yenidən dünyaya qayıdıb-qayıtmamaq istədiyini soruşduğunu deyib.

ABŞ-ın Florida ştatında yaşayan Keyt Tompson 20 yaşında Havay adalarında boğulub. Huşunu itirən Keyt günlərlə xəstəxanada qalıb. O, həmin günlərdə baş verənlərdən danışıb.

Yazıçı “o biri dünya”da ruhi varlıqla danışdığını deyib:

“Axına düşdükdən sonra huşumu itirdim. Özümü başqa xristianların olduğu cənnətdə gördüm. Bir ruhi varlıq mənə yaxınlaşdı və yenidən dünyaya qayıdıb-qayıtmamaq istədiyimi soruşdu. Ona yenidən dünyaya qayıtmaq istədiyimi söylədim. Sanki bu varlıq bütün ömrüm boyu yanımda idi, ona qarşı heç bir qəriblik hiss etmədim. Yenə də məndən bu sonsuz gözəlliyin olduğu yerdə qalıb-qalmamaq istədiyimi soruşdu, mən də qalmaq istəmədiyimi dedim. Dünyaya qayıtmaq qərarımdan peşman deyiləm”./Teleqraf