“Ölkəmizin qısa müddətdə idman sahəsində böyük nailiyyətlər qazanmışdır” – AÇIQLAMAbackend

“Ölkəmizin qısa müddətdə idman sahəsində böyük nailiyyətlər qazanmışdır” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasının və mötəbər arenalarda bayrağımızın dalğalanmasının təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır.
Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə “Bədən tərbiyəsi və idman haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qəbul olunan qanunlar Azərbaycan idmanının inkişafına ciddi təkan vermişdir”.

İnterpress.az xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib.

Onun sözlərinə görə, əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər və idman siyasətinin nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil olunur, beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edir:

“Hazırda dövlətimiz tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-brini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz təkcə idman deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayırlar. Bu mənada, Prezident cənab İlham Əliyev tərəfindən 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərdə gənclərimizin payı xüsusilə yüksək qiymətləndirilmişdir.
Yanvar ayının 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib”.

H.Misirov bildirib ki, dövlətimizin başçısı tədbirdə çıxış edərək ötən ili Azərbaycan idmanı üçün uğurlu il hesab edərək, idman sahəsində qarşıya qoyulmuş bütün vəzifələrin uğurla icra edildiyini qeyd edib:

“Bildiyimiz kimi, Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar. Ölkəmizin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi ilə sıx əlaqələri var. Səmərəli əlaqələrin mövcudluğu Azərbaycanda idman siyasətinin düzgün aparılmasında kömək göstərir. Əlbəttə ki, dövlət qayğısı nəticəsində Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir”.

YAP funksioneri vurğulayıb ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar: “Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir. Prezident cənab İlham Əliyev çıxışında həyata keçirilən işlərə nəzər salarkən vurğulamışdır ki, “Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin”.

“Ölkə başçısı qeyd edib ki, azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, bu gün keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması üçün işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq. İşğaldan azad edilmiş rayonlarda idmanın gələcək inkişafına toxunan ölkə başçısı bildirmişdir ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir, o cümlədən atçılıq mərkəzinin açılması istiqamətində işlər davam edir. Azərbaycanda idmanın inkişafı davamlı xarakter daşıyır. Nəsillər dəyişir, uğurlarımız hər il daha da artır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar”, – H.Misirov əlavə edib.