Öz gözündə tiri görməyən PARİS: “Fransa kimi neokolonialist ölkənin BCM-də söz almağa çalışması absurddur” – ŞƏRHbackend

Öz gözündə tiri görməyən PARİS: “Fransa kimi neokolonialist ölkənin BCM-də söz almağa çalışması absurddur” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cinayət Məhkəməsində İsrail-Fələstin məsələsinin müzakirəyə çıxarılması çoxdan gözlənilən bir məsələ idi. Amma faktiki olaraq bilirik ki, bu minaqişənin tarixi çox qədimlərə gedir və tarix boyu aktiv fazalara keçən döyüş əməliyyatları zamanı ağlasığmaz insan təlafatları baş verib. Beynəlxalq hüquqda isə bu günə qədər bu məsələlər öz əksini tapmayıb.

Bu fikirləri Fransanın İsraili rəhbərliyinin BCM-də mühakimə edilməsini tələb etməsinə münasibət bildirən politoloq Tural İsmayılov İnterpress.az-a açıqlamasında bildirib.

O, bu məsələnin Beynəlxalq Cinayət Məhkəməsində qaldırılmasının gözlənilən olduğunu, lakin hansısa sərt addımlar atılmayacağını vurğulayıb.

“Düşünmürəm ki, Beynəlxalq Cinayət Məhkəməsində israil rəhbərliyinə qarşı hansısa sərt addımlar atılsın. Amma HƏMAS-ın radikal qruplaşmaları və onların rəhbərlərinin Beynəlxalq Cinayət Məhkəməsi və ümumiyyətlə, beynəlxalq hüquqi platformalarında yarğılanması hesab edirəm ki, labüd və gözlənilən bir məsələdir”, – Tural İsmayılov deyib.

Politoloq daha sonra əlavə edib ki, Fransa kimi dövlətin bu məsələyə yanaşması absurddur.

“Azərbaycanın, Türkiyənin və digər ölkələrin siyasi ekspert cameələri də hesab edir ki, bu gün Fransa kimi neofaşist, neokolonialist bir ölkənin dünyadakı siyasi hüquqi proseslərlə bağlı hansısa mövqə göstərmək kimi lüks seçimi ola bilməz. Çünki Fransa daim təxribatlar və dünyanı qarışdırmaqla məşğuldur. İndi belə bir ölkənin hansı məsələdə Beynəlxalq Cinayətlər Məhkəməsində söz almağa çalışması əlbəttə ki, absurd teatrını xatırladır.

Mən düşünürəm ki, Fransan bütün təxribatlarına və basqılarına rəğmən Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə obyektivliyi qorumayan beynəlxalq məhkəmələr butövlükdə dünyadaki hadisələrə də tərəfsiz, ədalətli mövqədən yanaşa bilməz. Yəni o baxımdan da mən Beynəlxalq Cinayət Məhkəməsində ümumiyyətlə, hansısa məsələlərin normal şəkildə dəyərləndiriləcəyini düşünmürəm.

Qaldı ki, Fransaya… Fransanın ümumiyyətlə öz etdiyi cinayətlərə görə cavab vermədiyini də bilirik”, – politoloq fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az