Özbəkistan ölkə vətəndaşlarının Rusiya Federasiyasına buraxılmaması ilə bağlı məlumatları təkzib edib.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistanın Rusiya Federasiyasında Xarici Əmək Miqrasiyası Agentliyi məlumat yayıb.
Mayın 2-də Mərkəzi Asiyadan olan miqrantların problemləri ilə məşğul olan hüquq müdafiəçisi Çupik bildirib ki, son günlər Rusiya sərhədçiləri Özbəkistan və Qırğızıstandan olan miqrantların Rusiya Federasiyasına girişinə kütləvi şəkildə icazə vermirlər.
Qırğızıstan Xarici İşlər Nazirliyi də bu məlumatı təkzib edib.
Xuraman Etibarlı
İnterpress.az