Özbəkistanda radikal islamçılara qarşı reydlər keçirilir – FOTObackend

Özbəkistanda radikal islamçılara qarşı reydlər keçirilir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda radikal islamçılara qarşı reydlər keçirilir.

İnterpress.az xəbər verir ki, Daşkənd Daxili İşlər Baş İdarəsində (DİN) dini ekstremizm və terrorizmin məhv edilməsi məqsədilə genişmiqyaslı reyd keçirilib.

Aprelin 7-də paytaxtda ekstremist radikal qruplara qoşulan vətəndaşların evlərində 45 axtarış aparılıb və şübhəlilər həbs edilib.

Bundan başqa, 2024-cü ilin ilk 3 ayında dini ekstremizm və terrorizmlə bağlı 50 cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az