Özbəkistanda xarici siyasi partiyaların fəaliyyəti qadağan edilib.
İnterpress.az xəbər verir ki, bununla bağlı “Siyasi partiyalar haqqında” qanuna əlavə edilib. Özbəkistanda xarici dövlətlərin siyasi partiyalarının və onların bölmələrinin yaradılması və fəaliyyəti qadağandır.
Dəyişikliyi prezident Şavkat Mirziyoyev iyulun 2-də imzalayıb. İyunun 11-də Qanunvericilik Palatası tərəfindən qəbul edilib, iyunun 22-də Senat tərəfindən təsdiq edilib.
Düzəlişlə bağlı müzakirələr haqqında əvvəllər məlumat verilməmişdi.
Hazırda ölkədə 5 siyasi partiya qeydiyyatdan keçib. Növbəti parlament seçkiləri payızda keçiriləcək.
Xuraman Etibarlı
İnterpress.az