Palçıqlı KARTOFLAR: Market kələyi, yoxsa məsuliyyətsizlik? – Mütəxəssis RƏYİ – FOTObackend

Palçıqlı KARTOFLAR: Market kələyi, yoxsa məsuliyyətsizlik? – Mütəxəssis RƏYİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər yağıntıların normadan artıq düşməsi kənd təsəffüratına  ciddi ziyan  vurub. Həmçinin tərəvəz və əkin sahələri sel sularının altında qalıb. Bu da öz növbəsində məhsulların bazarlara çatdırılmasında ciddi problemlər yaradır.

Mövzü ilə bağlı İnterpress.az-a acıqlama verən Qida üzrə mütəxəssis İlkin Şirinov bəzi məqamlara aydınlıq  gətirib.

O bildirib ki, kənd təsəffüratında yağıntıların normadan artıq düşməsi məhsul yığımına maneələr yaradır.

“Xüsusilə tərəvəz məhsullarının satış nöqtələrinə çatdırılmasında yaranan probremlər alıcıların narazılığına səbəb olur. Yerli məhsulların bazarlarda bu cür problemlərlə üzləşməsi xarici məhsulların satışına daha çox təsir göstərir.

Bazarlara çatdırılan tərəvəz məhsullarının görüntüsünün ürək açan olmaması alıcılarda narazılıqla qarşılanır. Buna misal olaraq bazar və marketlərdə satılan  palçıqlı kartofu göstərmək olar.

Belə ki, cənub bölgəsinə düşən yağıntılar sahələrdə texnikanın, insanların hərəkətini əngəl yaradır. Əsasən Cəlilabaddan gətirilən bu kartof palçıqlı şəkildə kağız torbalara doldurulub, şəhərlərdə yerləşən topdan satış anbarlarına çatdırılır.

Topdansatıcılar isə məhsulda heç bir təmizləmə prosesi aparmadan market və bazarlara satırlar. Nəticədə ən böyük zərər alıcılara dəyir. Həm kartof məhsulunun natəmizliyi, həm də çəkidə kartofla bir yerdə alınan palçıq haqlı müştəri narazılığına səbəb olur”, – mütəxəssis fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az