Paraşüt təlimatçısı 50 metr hündürlükdən dənizə düşərək HƏLAK OLDU – VİDEObackend

Paraşüt təlimatçısı 50 metr hündürlükdən dənizə düşərək HƏLAK OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tailandda paraşütçülük təlimatçısı 50 metr hündürlükdən yıxılaraq həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tailandda paraşütçülük üzrə təlimatçı şoka düşmüş şahidlərin gözü qarşısında 50 metr hündürlükdən yıxılaraq faciəvi şəkildə həyatını itirib.

Kişi hündürlüyə qalxarkən möhkəm tutuna bilməyib və suya çırpılaraq ölümcül xəsarətlər alıb.

Əlavə olaraq bildirək ki, turistlər paraşütlə təhlükəsiz şəkildə aşağı eniblər və onlara heç bir zərər dəyməyib.

Suyun üzərinə enən müştərilər kater vasitəsilə sahilə çıxarılıblar.

Xuraman Etibarlı

İnterpress.az