Paşinyandan QƏRİBƏ HƏRƏKƏT: Stolun və paltarının üzərinə SU TÖKDÜ – VİDEObackend

Paşinyandan QƏRİBƏ HƏRƏKƏT: Stolun və paltarının üzərinə SU TÖKDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan Tavuşdakı hərəkətini izah etmək üçün stolun və paltarının üzərinə su töküb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Nikol Paşinyan hüquq, yurisdiksiya, suverenlik və ərazi bütövlüyünə həsr olunmuş “Dövlət haqqında söhbətlər” adlı dördüncü videoçarxı təqdim edib.

Daha sonra masanın üzərindəki sudan bir qurtum alıb və deyib:

“Biz bundan həyati ehtiyaclarımızı ödəmək üçün istifadə edə bilərik”.

Sonra o, hüquq və vəzifələr formada əks olunmasa, nələrin baş verəcəyini təsəvvür etməyi təklif edib və qabdan suyu stolun üstünə töküb.

Su Paşinyanın paltarına tökülüb və o, sözlərinə davam edib.

“Beləliklə, hüquq və vəzifələr qeyri-mümkün olur, bulanıqlaşır, problemlər və diskomfort hissi yaradır.

Bizim gördüyümüz işlərin, o cümlədən Tavuş bölgəsində də məhz bu məqsəd var. Bunun tərkib hissəsi kimi vətəndaşların hüquq və vəzifələrinin dairəsi xeyli gücləndiriləcək, bu birlik dövlətimizin inkişafına və mövcudluğuna təminat verəcək”, – Paşinyan bildirib.

Xuraman Etibarlı

İnterpress.az