Paşinyanın fəal tərəfdarı və “Mülki Müqavilə”nin keçmiş deputatı AXTARIŞA VERİLDİ – FOTObackend

Paşinyanın fəal tərəfdarı və “Mülki Müqavilə”nin keçmiş deputatı AXTARIŞA VERİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyanın fəal tərəfdarı və “Mülki Müqavilə”nin keçmiş deputatı axtarışa verilib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, İrəvanın Ərəbkir rayon polis şöbəsi 35 yaşlı Tavuş vilayəti sakini Tatul Asilyanı nəqliyyat vasitəsini idarə etmə qaydalarını pozduğuna görə axtarışa verib.

Asilyan əvvəllər baş nazir Nikol Paşinyanın fəal tərəfdarı kimi tanınırdı.

O, xüsusilə Qarabağdan olan ermənilərin hökumət əleyhinə mitinqlərdə və aksiyalarda iştirak etdikləri təqdirdə ölkədən deportasiya edilməsi çağırışı ilə yadda qalıb.

2023-cü ilin noyabrında Tatul Asilyan partiya nizam-intizamına əməl etmədiyi üçün “Mülki Müqavilə” sıralarından xaric edilib. Asilyanın partiyadan xaric edildiyi iclasa Nikol Paşinyan şəxsən sədrlik edib.

2024-cü ilin yanvarında naməlum şəxslər Kotayk rayonunun Kasax kəndində Asilyanın evinə atəş açıb. Hadisə yerindən 20 giliz və 8 güllə, evin darvazasında isə 16 güllə izi aşkar edilib. Evin divarında da izlər tapılıb.

Xuraman Etibarlı

İnterpress.az