Paşinyanın silahdaşı onun telefonu ilə bağlı sualı gülüşlə cavablandırıb.
İnterpress.az xəbər verir ki, hakim “Mülki müqavilə” partiyasının deputatı Vaqarşak Akopyan dekabrın 5-də parlamentdə jurnalistlərlə söhbətində deputatların telefonlarını dəyişdirdiyinə dair suala münasibət bildirib.
“Rəhbərin fraksiya katibinin, spikerin dediklərini əsas götürməyinizi xahiş edirəm. Mən buna münasibət bildirmək istəmirəm”, – o deyib.
Deputatlari telefonlarının içindəkilərin Nikol Paşinyanın masasına düşə biləcəyindən qorxurlar.
“Telefonunuzu dəyişmisiniz və ya onun içindəkiləri silmisiniz” sualına Akopyan gülərək cavab verib.
“Bu mövzuya aid olmayan başqa suallarınız varsa, onlara cavab verməkdən məmnun olaram. Yoxsa, mən sizi tərk etməliyəm”, – deputat fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az