“Polis yolu bağlayıb və yalnız Kirants sakinlərinə kəndə girməyə icazə verir”.
İnterpress.az xəbər verir ki, bunu erməni mediasına hazırda minatəmizləmə işləri aparılan və Azərbaycana verilməsi gözlənilən Kirants kəndinin sakinləri deyib.
“Hazırda Kirants kəndi yaxınlığında vəziyyət gərgindir. Polis yolu bağlayıb və camaatın kəndə daxil olmasına imkan verməyib.
Deyirlər ki, kəndə ancaq Kirantsa sakinləri girə bilər.
Deputatlar Artur Sarkisyan və Qarnik Danielyan hadisə yerindədir.
Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan polislə insanların Kirantsa girməsinə icazə verilməsi üçün danışıqlar aparır”, – erməni mediası yazıb.
Xuraman Etibarlı
İnterpress.az