Polşada “qanuni oğru” ƏMƏLİYYATI: 79 yaşlı rusiyalı SAXLANILDIbackend

Polşada “qanuni oğru” ƏMƏLİYYATI: 79 yaşlı rusiyalı SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa polisi 79 yaşlı rusiyalı “qanuni oğru”nu saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Marçin Kervinski məlumat yayıb.

Polşa polisi və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 79 yaşlı Rusiya vətəndaşı saxlanılıb.

Nazirin sözlərinə görə, həmin şəxs kriminal aləmdə “qanuni oğru” kimi tanınır.

Saxlanılan şəxs hazırda əcnəbilər üçün nəzərdə tutulmuş xüsusi mühafizə olunan mərkəzdə saxlanılır.

Onun deportasiya proseduru tamamlanana qədər orada qalacağı bildirilir.

Rəsmi Varşava ölkənin təhlükəsizliyini təhdid edən kriminal elementlərə qarşı mübarizəni gücləndirdiyini bəyan edib.

Xuraman Etibarlı

İnterpress.az