Podmoskovyedə 7 yaşlı qızı bıçaqlayan şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb.
Moskva vilayətinin Naro-Fominsk şəhərində azyaşlıya qarşı ağır cinayət hadisəsi baş verib. Yeddi yaşlı qız uşağını bıçaqlayan şübhəli şəxs polis tərəfindən saxlanılıb.
Xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.
İrina Volkun sözlərinə görə, hücum edən kişi ilə uşaq arasında heç bir tanışlıq olmayıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hücum edən şəxsin psixi pozuntuları var və o, psixonevroloji dispanserdə qeydiyyatdadır.
Faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.
Hazırda həkimlər zərərçəkmiş uşağın vəziyyətini stabilləşdirməyə çalışır, istintaq isə hadisənin bütün detallarını müəyyənləşdirir.
Xuraman Etibarlı
İnterpress.az






