Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesini İstanbuldakı dialoq zamanı qoyulmuş əsasda davam etdirməyə hazırdır.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesindən heç vaxt imtina etməyib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin son danışıqları 29 mart 2022-ci ildə İstanbulun Dolmabahçe Sarayında baş tutub.