Qadın ölmək üzrə olan ərindən xəyanətə görə belə QİSAS ALDIbackend

Qadın ölmək üzrə olan ərindən xəyanətə görə belə QİSAS ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinli qadın köhnə xəyanətinin qisasını almaq üçün ölmək üzrə olan ərinin qoşulduğu aparatı söndürüb.

interpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Belə ki, 38 yaşlı kişinin hələ evli olduğu müddətdə məşuqəsi olub. Məşuqəsi ilə evdə bir yerdə olarkən onun beyninə qan sızıb və o, kişini xəstəxanaya aparıb çıxıb gedib.

Tezliklə onun qanuni arvadı xəstəxanaya gəlib. Həkimlər ona deyiblər ki, tibbi avadanlıqların köməyi ilə onu sağ saxlaya bilərlər və əməliyyatın özü də baha başa gəlir.

Arvad etiraf edib ki, on il ərzində onun xəyanətindən xəbərdar olubvə ona olan hissləri “ölüb”. O, əməliyyata razı olmayıb və həkimlərdən onu həyata qaytarmaq üçün heç bir cəhd etmədən aparatdan ayırmalarını istəyib.

Xuraman Etibarlı

İnterpress.az