Qalatasaraylı futbolçular çempionluğu qeyd edən zaman həmrəylik nümayiş etdirərək Fələstin bayrağını daşıyıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qalatasaraylı futbolçular Hakim Ziyeç və Kərəm Aktürkoğlu titul qeyd etmələri zamanı İsrailin davam edən hücumları səbəbindən ciddi humanitar böhranla üzləşən Qəzzalı mülki vətəndaşlara dəstək göstərmək üçün Fələstin simvollarını geyinərək səhnəyə çıxıblar.
Xatırladaq ki, “aslanlar” 102 xal toplayaraq 24-cü dəfə Türkiyə çempionu olub.
Xuraman Etibarlı
İnterpress.az