“Qarabağ ermənilərinin 65%-i Ermənistandan mühacirət etmək istəmir”.
İnterpress.az xəbər verir ki, bunu separatçı tör-töküntüsü Qeqam Stepanyan öz Facebook səhifəsində yazıb.
O bildirib ki, Qarabağdan könüllü köç etmiş ermənilər arasında sorğu aparılıb. Sorğuya əsasən, respondentlərin təxminən 65%-i Ermənistandan getmək istəmədiklərini bildiriblər.
Ermənistanı tərk etmək istəyən ermənilərin əksəriyyəti, yəni 35%-i. Rusiyaya getmək istədiyini vurğulayıb.
Qeqamyan xüsusilə qeyd edib:
“Daha bir vacib fakt: sorğuda iştirak edənlərin düz yarısı yaşayış şəraitindən narazıdır.
Düşünürəm ki, bu, subyektiv deyil, obyektiv narazılıqdır və bu, mühacirət ideyasını doğuran əsas amildir.
Bu rəqəmlərin arxasında dilemma arasında qalmış insanlar dayanır: öz vətənində yaşamaq, yoxsa mühacirət etmək?”.
Bununla belə, o, 15 min qarabağlı erməninin Rusiyanın cənub şəhərlərinə köçdüyünü etiraf edib.
Xuraman Etibarlı
İnterpress.az