“Qarabağ getdi, Tavuşa keçdilər, sabah növbə Tiqranaşenə (Kərki – red.) çatacaq”.
İnterpress.az xəbər verir ki, bunu aprelin 22-də Ermənistan-Gürcüstan dövlətlərarası yolunun bağlı hissəsində jurnalistlərlə söhbətində Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan bildirib.
Qalstanyan deyib ki, ermənilər “aldadılıb”.
“Burada bir yalan təqdim olunub və biz bu yalanı zərərsizləşdirməliyik.
Bu adamları aldadıblar, 2021-ci ildə o (Paşinyan – red.) gəlib burada nələr olacağı ilə bağlı bir söz demədən xalqın səsini oğurladı.
2024-cü ildə gəlib üzr istəmək əvəzinə qorxutmağa, müharibə ilə hədələməyə başladı”, – Qalstanyan bildirib.
Arxiyepiskop həm keçmiş, həm də indiki hərbi qulluqçulara müraciət edib.
“Formanız sizin şərəfinizdir, ona hörmət edirik. Bu, sənin müdafiə etdiyin vətən və dövlətdir. Bir söz söyləyin, hərəkət edin.
Erməni hərbçiləri, xüsusən də keçmiş hərbiçilər səssiz qala bilməz. Qarabağ getdi, indi Tavuşa keçdilər, sabah növbə Tiqranaşendə (Kərki) olacaq. Belə getsə, dövlətimiz yaddaşa və xəyala çevriləcək”, – Qalstanyan fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az