Qarabağda yaradılacaq “Ağıllı kənd” belə olacaq – VİDEObackend

Qarabağda yaradılacaq “Ağıllı kənd” belə olacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İşğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində təməli qoyulan “Ağıllı kənd” (Smart village) layihəsinin videotəqdimatı olub.
Təqdimatda Qarabağda icra ediləcək “Ağıllı kənd” layihəsi çərçivəsində tətbiq olunacaq texnologiya və innovasiyalar barədə məlumat verilib.
Qeyd edək ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.

 

 

İnterpress.az