Qazaxıstan və Hindistan öz vətəndaşlarını Britaniyaya səfərdən çəkinməyə çağırıb.
interpress.az xəbər verir ki, bu barədə hər iki ölkənin mediası məlumat yayıb. Məlumatda bildirilir ki, Qazaxıstan və Hindistan öz vətəndaşlarını Britaniyaya səfərdən çəkinməyə çağırıb.
Səbəb kimi krallığın bir sıra şəhərlərində miqrantlara qarşı keçirilən kütləvi nümayişlər göstərilir.
Britaniyada iğtişaşlar hökm sürür. Britaniyada nümayişlər başlayandan bəri 420-dən çox adam saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az