Qazaxıstanda 9 May qeyd olunmayacaq.
İnterpress.az xəbər verir ki, bu gün Qazaxıstan prezidenti Tokayevin katibliyi bütün böyük şəhərlərin akimatlarına 9 May ilə bağlı istənilən tədbirin, o cümlədən “Ölməz alay”ın keçirilməsinə mane olmaq barədə göstərişlər göndərib.
Səbəbi isə pula qənaət və digər problemlərin həlli ilə izah edilib.
“Qazaxıstanda 2024-cü ildə hərbi paradın keçirilməsi büdcə vəsaitlərinə qənaət məqsədilə, eləcə də digər problemlərin həlli zərurəti ilə əlaqədar planlaşdırılmır”, – departamentin açıqlamasında bildirilir.
Xuraman Etibarlı
İnterpress.az