Qazaxıstanın narahat vilayətlərindən birində bütün hüquq-mühafizə orqanlarının rəhbərləri və bölgə rəhbəri bir anda “qovulub”.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı “AsiaToday” yayıb.
Ötən gün Qazaxıstan KİV-i Manqistau vilayətinin polis idarəsinin rəisi, vilayət prokuroru və Milli Təhlükəsizlik Komitəsinin regional idarəsinin rəisinin tutduqları vəzifələrdən azad edildiyini yazıb. Onların ardınca rayonun icra başçısı da vəzifəsini itirib.
Qeyd olunur ki, bu istefaların marağı “hamının birdən-birə işdən çıxarılması”ndadır.
“Bu, neftçilərin son vaxtlar səngiməyən etirazları ilə bağlı ola bilər. Ola bilsin ki, məmurlar tədricən Qazaxıstanın növbəti yelləncəklərinin daha da rəngli inqilaba çevrilməsinə töhfə veriblər”, 0 nəşr yazır.
Qeyd edək ki, Manqistau bölgəsi bütün respublikanın ən problemli bölgəsidir. Qazaxıstanda ən böyük etirazlar Janaozen vilayətində başlayıb.
Xuraman Etibarlı
İnterpress.az