Qəzzada HƏMAS hərbi kəşfiyyatının təhlükəsizlik zabiti ÖLDÜRÜLDÜ – VİDEObackend

Qəzzada HƏMAS hərbi kəşfiyyatının təhlükəsizlik zabiti ÖLDÜRÜLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında HƏMAS hərbi kəşfiyyatının təhlükəsizlik zabiti öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.Bildirilir ki, Qəzza zolağında HƏMAS hərbi kəşfiyyatının təhlükəsizlik zabiti öldürülüb.

“İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Beyt Hanunda (Qəzza zolağının şimal-şərqi) HƏMAS-ın daxili təhlükəsizlik aparatının fəaliyyətinin təhqiqatına cavabdeh olan Əhməd Şabatı məhv edib”, – İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

Əhməd Şabat HƏMAS-ın hərbi kəşfiyyat bölməsində təhlükəsizlik zabiti olub.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, “bu məhvetmə təşkilatın istintaq şöbəsinə ciddi ziyan vurur”.

Xuraman Etibarlı

İnterpress.az