Qırğızıstan Avropada terror aktının QARŞISINI ALDIbackend

Qırğızıstan Avropada terror aktının QARŞISINI ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan Avropada terror aktının qarşısının alındığını elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTK) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Komitənin əməkdaşları xarici tərəfdaşları ilə birlikdə Avropa ölkələrindən birində terror aktına cəhdin qarşısını alıblar.

Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti xəbər verir ki, potensial cinayətkarlardan biri xaricdə gizlənən Qırğızıstan vətəndaşı olub.

17 ünvanda axtarışlar aparılıb, nəticədə İŞİD-in atributları olan ekstremist ədəbiyyat aşkar edilərək götürülüb.

Xuraman Etibarlı

İnterpress.az