Qırğızıstan-Tacikistan sərhədində silahlı insident BAŞ VERDİbackend

Qırğızıstan-Tacikistan sərhədində silahlı insident BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan-Tacikistan sərhədində silahdan istifadə ilə bağlı insident baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə qırğız medisaı məlumat yayıb. Bildirilir ki, Qırğızıstan-Tacikistan dövlət sərhədində odlu silahdan istifadə ilə bağlı insident baş verib.

Hadisə tacik çobanlarının Qırğızıstan sərhədini keçməsi səbəbindən baş verib. Onlar sərhədçilərin ərazini tərk etmək tələblərinə məhəl qoymayıb, daha sonra onlara daş atmağa başlayıblar.

Çobanlardan biri sərhədçiyə doğru 2-3 atəş açıb, qırğız sərhədçiləri isə havaya xəbərdarlıq atəşi açıb.

Qırğızıstan vətəndaşları arasında itki yoxdur. Təsdiqlənməmiş məlumatlara görə, Tacikistan vətəndaşlarından biri ayağından yaralanıb.

Xuraman Etibarlı

İnterpress.az