Vardan Qukasyan küçə döyüşünün başladığını elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, “Demokratiya, qanun və nizam-intizam” partiyasının təsisçisi, “Doq” ləqəbli qalmaqallı bloger Vardan Qukasyan sosial şəbəkə hesabında küçə döyüşünün başladığını elan edib.
“Aprelin 18-dən etibarən biz bir sıra xüsusi küçə aksiyalarına başlayırıq.
İlk gün mənə qorxmaz, məqsədyönlü və 50 min drama qədər cərimə nəzərdə tutulan bu cür aksiyalarda iştirak edəcək 100 gənc lazım olacaq. Cəriməni özüm ödəyəcəm, siz mənə fiziki cəhətdən lazımsınız”, – deyə Qukasyan yazıb.
Xuraman Etiabarlı
İnterpress.az