Ukraynanın Baş Kəşfiyyat İdarəsinin döyüşçüləri Krımda Rusiyanın “Podlyot” radiolokasiya stansiyasını məhv ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) döyüşçüləri işğal olunmuş Krımda Rusiyanın “Podlyot” radar kompleksini yandırıblar.
İdarədən bildirilib ki, radad bu gün dağıdılıb.
48YA6-K1 “Podlyot” radarı ruslar tərəfindən çətin tıxanma mühitində aşağı və son dərəcə aşağı hündürlüklərdə hava hədəflərini aşkar etmək üçün istifadə olunur. Həmçinin Rusiyanın S-300 və S-400 hava hücumundan müdafiə sistemləri üçün hədəf təyinatçısı kimi çıxış edir.
Dağıdılan kompleksin təxmini dəyəri 5 milyon dollardır.
Xuraman Etibarlı
İnterpress.az