Redaksiya binasında QORXULU ANLAR: Naməlum şəxslər binaya SOXULDU – VİDEObackend

Redaksiya binasında QORXULU ANLAR: Naməlum şəxslər binaya SOXULDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada “Moskovski Komsomolets” redaksiyasının yerləşdiyi binaya kamuflyajlı şəxslər basqın edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.

Rusiyanın paytaxtı Moskvada “Moskovski Komsomolets” qəzetinin redaksiyasının yerləşdiyi binada insident yaşanıb.

Nəşrin baş redaktoru Pavel Qusev bildirib ki, binaya naməlum, hərbi kamuflyaj geyimli şəxslər daxil olublar.

Baş redaktorun sözlərinə görə, “əllərində gürz (kuvalda) olan silahlı şəxslər” binanın üçüncü mərtəbəsinə hücum ediblər.

Qeyd olunur ki, həmin mərtəbədə kənar bir şirkət fəaliyyət göstərir. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır, basqınçıların kimliyi müəyyənləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az