Region gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib – FOTOLARbackend

Region gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 4 il öncə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq zəfər tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsi və suverenliyimizin təmin olunmasına yol açıb. 8 Noyabr – Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzi kimi tarixə düşüb. Bu tarixi zəfərimizin ildönümü, eləcə də  9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü region gəncləri böyük sevinclə qeyd ediblər.

Belə ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarda fəaliyyət göstərən 11 regional nümayəndəliyi və 44 bölməsində müxtəlif tədbirlər həyata keçilib. İlk olaraq Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Abidə kompleksi region gəncləri tərəfindən ziyarət olunub.

Daha sonra müxtəlif rayonlarda dəyirmi masa və görüşlər keçirilib. Müharibə iştirakçıları, qazilər və ekspertlərin iştirakı ilə baş tutan görüşlərdə müharibənin gedişatı, uğurlu əks-hücum əməliyyatı, zəfərimizdən sonra böyük qayıdışa atılan inamlı addımlar, işğaldan azad olunmuş ərazilərimizin yenidən dirçəldilməsi haqqında gənclər məlumatlandırılıb. Həmçinin şəhid və qazi ailələri ziyarət edilib.

Eyni zamanda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə gənclər arasında şanlı qələbəmizə həsr olunmuş Zəfər kuboku” adlı intellektual yarış, şahmat yarışı,  “Qədim Azərbaycan” adlı pazl yarışı təşkil edilib. Fərqlənən gənclər diplomlarla təltif edilib. Mərkəzlərdə gənclər üçün Zəfər Gününə həsr edilmiş “Kod adı:Yaşma”, “Zəfərin səsi”, “Şuşa, sən azadsan!” filmləri nümayiş etdirilib.

Baş tutan tədbirlər gənclərimizdə vətənpərvərlik və azərbaycançılıq hisslərinin formalaşmasına kömək etmək məqsədi daşıyıb.

Bu gün şanlı bayrağımızın bütöv Azərbaycan üzərində qürurla dalğalanması ilə hər bir Azərbaycan gənci fəxr edir!